"Danone" Rusiya strukturuna nəzarəti itirdiyi üçün təxminən 200 milyon avro ziyanla üzləşib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin bu ilin birinci yarısı üzrə hesabatında deyilir.

"İyulun 18-də "Danone" Rusiyada direktorlar şurası və baş direktor dəyişikliyinin olduğunu elan etdi. Lakin bu dəyişikliklər şirkətə xəbərdarlıq edilmədən baş verdi. Nəticədə zəruri standartların tətbiqi şərti ilə "Danone" bu ilin iyul ayında 200 milyon avro ziyanla üzləşib", - məlumatda deyilir.