Kopenhagendə Türkiyə və Misir səfirlikləri qarşısında Quran yandırılıb.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bu, son bir həftədə "Qurani-Kərim"ə qarşı 4 hücumdur. 

Türkiyənin Xarici İşlər Nazirliyi sözügedən hadisəni ən sərt şəkildə pislədiklərini açıqlayıb. 

Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, Danimarka hakimiyyəti bu cür halların yaşanmasında məsuliyyət daşıyır. Halbuki Danimarka hakimiyyət orqanları bu qeyri-insani hərəkətlərə göz yumur. Hadisənin təkrarlanmaması üçün lazımi tədbirlər görülməlidir.

Gülşən Şərif

İqtisadiyyat.az