Danimarkada 44 ildən sonra ilk dəfə sağ və sol partiyalar bir araya gələrək koalisiya hökuməti qurublar.

Ölkədə keçirilən ümumi seçkilərdən sonra Danimarkanın baş naziri Mette Frederiksen sağ və sol partiyaların yaratdığı “orta yol koalisiyası” hökumətinin üzvlərini açıqlayıb.

Frederiksenin 42 günlük danışıqlardan sonra açıqladığı koalisiya hökuməti solçu Sosial Demokrat Partiyası, sağ mərkəzçi Liberal Partiyası və mərkəzçi Moderat Partiyasından ibarətdir.

Yeni hökumətdə Liberal Partiyasının sədri Yakob Elleman-Jensen müdafiə naziri, keçmiş baş nazir Lars Lokke Rasmussen isə xarici işlər naziri təyin edilib.

“Orta yol koalisiya” hökumətində 23 nazirdən 8-i qadındır. Nazirlərdən 11-i Frederiksenin rəhbərlik etdiyi Sosial Demokrat Partiyasından, 7-si sağ mərkəzçi Liberal Partiyasından, 5-i isə mərkəzçi Moderat Partiyasındandır.

Koalisiyaya daxil olan üç partiya 179 yerlik parlamentdə 89 yerə sahibdir.

Sonuncu dəfə Sosial Demokrat Partiyası və Liberal Partiya 1978-ci ildə Danimarkada koalisiya yaradıb.