Azərbaycanda koronavirusa (COVID-19) 215 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Aktiv xəstə sayı 1785 nəfərdir.

Ölkədə son sutka ərzində 5124, hazırkı dövrədək isə 1162062 test aparılıb.