Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BAXCP-nin iclasında qərar qəbul olunub.

Bundan əlavə, Milli Cəbhə Partiyasının bu gün keçirilən iclasında partiya sədri, deputat Razi Nurullayevin də növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.

Qeyd edək ki, dekabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

Sonra Böyük Quruluş Partiyasının (BQP) Ali Məclisinin qərarı ilə partiya sədri, deputat Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb.

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc da namizədliyini öz təşəbbüsü ilə irəli sürüb.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

Xatırladaq ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.