Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı, BƏƏ 2024-cü il yanvarın 1-dən BRİKS-in tamhüquqlu üzvü olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Cənubi Afrika prezidenti Siril Ramafosa bildirib.

BRİKS ölkələrinin başçıları 15-ci sammitin yekunlarına görə Yohannesburq Bəyannaməsini qəbul ediblər. Sammitin yekunu olaraq təşkilat üzvləri İttifaqa dəvət olunacaq ölkələrin siyahısını razılaşdırıblar.

***

Argentina, İran, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ təşkilatın Cənubi Afrikadakı sammitindən sonra BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) qoşulacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Braziliyanın "UOL" portalı məlumat yayıb.

Məlumata görə, ölkələr coğrafi əsasda seçilib. Bildirilib ki, gələcəkdə bir Afrika ölkəsi də BRİKS-ə daxil ola bilər.

Əlavə edək ki, Cənubi Afrikanın BRİKS-dəki nümayəndəsi Anıl Suklal 19 ölkənin qrupa qoşulmaq istədiyini bildirib. Misir BRİKS-ə üzv olmaq üçün iyunda, Boliviya iyulda, Venesuela isə avqustda müraciət edib. 

 

Gözəl Həşimova