Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir oyunu baş tutacaq.

İqtisadiyyat.az xəbər verir ki, İtaliya təmsilçiləri "Milan" və "İnter" "San Siro"da üz-üzə gələcək. Oyuna saat 23:00-da start veriləcək.

Komandaların dueli İtaliyada "Derbi della Madonnina" adlanır. Tərəflər bu mövsüm A Seriyasında iki dəfə üz-üzə gəlib və hərəyə bir qələbə qazanıblar.

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi, ilk oyun

10 may

23:00 Milan - İnter