Çinin üç aparıcı elektrik avtomobil istehsalçısı BYD, MG və “Chery” ABŞ-nin cənubunda böyük bir avtomobil mərkəzi yaratmaq məqsədilə Meksikada zavodlar tikməyə hazırlaşır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Financial Times"yazıb.

Bildirilib ki, avtomobil istehsalçıları yerlərin seçilməsi üçün Meksika rəsmiləri ilə danışıqlar aparırlar.

“Çin şirkətlərinin Meksika bazarına marağı həndəsi silsilə ilə artıb”, – qəzet Meksikada istehsal yerləşdirməyə çalışan Çin şirkətləri ilə işləyən “EY Latin America”dan Fransisko Bautistadan sitat gətirib.

Danışıqlarla tanış olan ekspert qəzetə bildirib ki, avtomobil nəhəngi SAIC-ə məxsus MG 1,5-2 milyard dollar dəyərində zavod tikməyi planlaşdırır, BYD isə ilk mərhələdə layihəyə yüz milyonlarla dollar investisiya yatırmaq niyyətindədir.

Birləşmiş Ştatlar elektrikli avtomobil istehsalında üstünlük qazanmaq üçün Çinlə rəqabət aparır və inflyasiyanın qarşısını almaq üçün qanunla qəbul etməklə Çin şirkətləri tərəfindən istehsal olunan elektrik avtomobilləri, akkumulyatorları və digər komponentləri və resursları tədarük zəncirindən çıxarmaq üçün ciddi məhdudiyyətlər qoyub. Məqalədə deyilib ki, ABŞ administrasiyası çinli avtomobil istehsalçılarının Meksikada texnoloji cəhətdən qabaqcıl modellər istehsal edərək onları daha rəqabətədavamlı qiymətlərlə satmaqla bu tədbirlərdən yan keçə biləcəyindən narahatdır.

İnflyasiyaya Qarşı Mübarizə Aktı elektrikli nəqliyyat vasitələri, akkumulyatorlar və enerji avadanlığı istehsalçılarına ABŞ-də istehsal olunmaq şərti ilə səxavətli subsidiyalar verir.