Çinin dövlət borcu 2027-ci ilə qədər ÜDM-in 100%-ni keçəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropanın "Scope Ratings" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, 2010-cu ildə Çinin dövlət borcunun ÜDM-ə nisbəti 34% təşkil edib. Bu nisbət 2019-cu ilə qədər 60%-ə, 2020-ci ildə isə 77%-ə çatıb.

Araşdırmalara əsasən, bir neçə ildən sonra bu göstərici rekord həddə - 100%-ə çatacaq.

 

Gözəl Həşimova