Çin daha əvvəl 8,1 faiz olaraq elan edilən 2021-ci il ÜDM artımını 8,4 faizə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə çinin Milli Statistika Bürosu məlumat yayıb.

Məlumatda Çində illik ÜDM ilkin hesablamadan sonra yoxlama üçün bir daha hesablanıb. Yoxlama zamanı nazirliklərin illik statistik məlumatları, yekun büdcə hesabları və inzibati uçotu nəzərə alınıb.

Düzəlişdən sonra 2021-ci il ÜDM rəqəmini 556,7 milyard yuan artıraraq 114,9 trilyon yuana (16,5 trilyon dollar) çatdırıb.

Nəticədə 2021-ci ildə illik artım tempi 8,1 faizdən 8,4 faizə yüksəlib.