Çində inflyasiya ötən il 0,2% artaraq rəsmi hədəf səviyyəsindən aşağı olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi məlumat yayıb.

Məlumata görə, ötən ilin dekabr ayında ölkədə deflyasiya baş verib. Noyabr ayı ilə müqayisədə deflyasiya prosesi isə 0,2% bəndi səngiyib.

2022-ci ilin dekabr ayı ilə müqayisədə ölkədə ərzaq məhsullarının qiyməti 3,7% azalsa da, digər mallar 0,5% bahalaşıb.

 

Gözəl Həşimova