Çində hər gün bir milyon yeni koronavirusa yoluxma halı aşkar edilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Portalın məlumatına görə, Çin hazırda pandemiyanın bütün dövründə ən böyük COVID-19 epidemiyası ilə mübarizə aparır. Belə ki, ölkədə hər gün beş minə yaxın insan xəstəliyin fəsadlarından dünyasını dəyişir.