Çində COVID-19 tədbirlərinin yumşaldılmasından sonra rəsmi rəqəmlərdə virusa görə ilk itkilərin olduğu bildirilir.


İqtisadiyyat.az xəbər verir ki, Milli Səhiyyə Komissiyasının məlumatına görə, son 24 saat ərzində ölkədə 77 xarici mənbəli 1995 yoluxma aşkar edilib, 2 nəfər isə virusdan ölüb.

Çində sonuncu dəfə dekabrın 4-də COVID-19-dan iki ölüm qeydə alınıb.

Mütəxəssislər, tədbirlərin yumşaldılması ilə virusun daha da yayılmasına baxmayaraq, yoluxma və ölüm sayında ciddi artım olmadığını, yeni yanaşmada test tələbinin aradan qaldırılması ilə test nisbətlərinin azalmasına diqqət çəkirlər. 

Virusun birbaşa və ya dolayı təsiri ilə bəzi ölüm hallarının yoxlanılmaması səbəbindən qeydə alınmadığı təxmin edilir.