Çin Ay missiyalarında istifadə olunacaq yeni kosmik gəmi istehsal etməyi planlaşdırır.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, Çin yeddi nəfərlik ekipajı olan ilk təkrar istifadə edilə bilən kosmik gəminin tikintisinin 2027-ci ilə qədər tamamlanacağını açıqlayıb.

Hələlik adı açıqlanmayan 7 nəfərlik kosmik gəminin dizaynı Çinin "Shincou" kosmik gəmisi ilə müqayisədə 1650 dərəcə selsiyə qədər yüksək temperaturlara qarşı 3-4 dəfə daha davamlı olacaq.Kosmik missiyaların xərclərini azaltmaq üçün yeni kosmik gəminin yalnız istilik izolyasiyası dəyişdirilərək 10 dəfə istifadə üçün nəzərdə tutulub. Təxminən 8,8 metr uzunluğunda olan kosmik gəminin çəkisi 21,6 tona çatdırılacaq.

Mütəxəssislər yeni kosmik gəminin "SpaceX"in 9,5 tonluq "Dragon V2" kosmik gəmisi ilə müqayisədə daha üstün olacağını düşünürlər. 

Qeyd edək ki, sözügedən kosmik gəminin real ölçülü prototipi 2020-ci ildə 67 saatlıq sınaq uçuşunu müvəffəqiyyətlə tamamlayıb.

Gülşən Şərif