Çin Yaponiya ilə siyasi razılaşmaları əsas gətirərək, Tayvan adası ilə rəsmi əlaqələri dayandırmağa çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumatda belə bir tələblə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbinin çıxış etdiyi bildirilib.

Diplomat Yaponiya ilə Tayvan arasında münasibətlərin kəsilməsi üçün hansı sənədləri əsas hesab etdiyini dəqiqləşdirməyib.