Çin kosmosa "Yaogan" sinifli hərbi kəşfiyyat peykləri göndərib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çinin Sinxua xəbər agentliyinin xəbər yayıb.

Xəbərdə Sıçuan əyalətindəki Xichang Peyk Mərkəzindən “Long March 2D” raketi ilə “Yaogan-36” tipli üç peyk kosmosa buraxıldığı bildirilir.

Peyklər buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqeyə eniblər.

Qeyd edək ki, Yaogan-36 peyklərinin birinci partiyası sentyabrın 26-da, ikinci partiyası oktyabrın 14-də, üçüncü partiyası isə noyabrın 27-də buraxılmışdı.