Pekin Ukraynadakı hərbi münaqişənin siyasi yolla həllinin tərəfdarıdır. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Çinin xarici işlər naziri Vanq Yi ukraynalı həmkarı Dmitri Kuleba ilə söhbətində deyib.

"Çin aktual problemlərin siyasi həllinə sadiqdir, sülh və danışıqları təşviq etməkdə israrlıdır, şəxsi mənfəət üçün fürsətlərdən istifadə etmir və nə münaqişə zonasına, nə də digər ölkələrə öldürücü silahlar satır", - deyə Vanq Yi bildirib. 

Vanq Yinin sözlərinə görə, Çin münaqişənin sona çatmasında və sülhün tezliklə bərpasında konstruktiv rol oynamağa davam edəcək: "Sülh üçün az ümid işığı olsa belə, Çin səylərindən əl çəkməyəcək".