Çin və Filippin, 2022-ci ilin noyabrında Cənubi Çin dənizindəki mübahisəli sulara raket qalıqlarının düşməsi nəticəsində yaranan gərginlikdən sonra iki ölkə arasında buraxılış xəbərdarlığı sistemi yaratmağa razılaşıblar.


İqtisadiyyat.az xəbər verir ki, Filippin Prezidenti Ferninand Marcos Jr-ın Pekinə səfərindən sonra yayımlanan birgə bəyanatda Çin və Filippin ölkə liderləri "tərəflər meteorologiya, kosmik izləmə, telemetriya və idarəetmə kimi sahələrdə potensial əməkdaşlıq imkanlarını araşdırmaq barədə razılığa gəldilər".

“İki ölkə raket buraxılışları ilə bağlı məlumat xəbərdarlığı sisteminin yaradılması, dağıntıların toplanması və geri qaytarılması prosedurlarının müəyyən edilməsində birgə işləməyə hazırdır”, - deyə məlumatda bildirilir.