Çin hökuməti təbii fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün büdcədən 200 milyon yuan (27 milyon dollardan çox) vəsait ayıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb

Məlumata görə, vəsaitin xilasetmə əməliyyatlarına və əhalinin təxliyəsinə yönəldilməsi planlaşdırılır. Bundan əlavə, maliyyə infrastrukturun və yaşayış binalarının bərpasına yönəldiləcək.

 

Gözəl Həşimova