Çinin Parisdəki səfiri Lu Şayi bildirib ki, Rusiya ilə münasibətlərdə son hədd silah satışıdır, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri heç bir silah və hərbi texnika satışı olmayıb.


İqtisadiyyat.az xəbər verir ki, dekabrın 7-də Çin-Rusiya münasibətlərinə dair qəbulda Çinin Parisdəki səfiri Lu Şayinin Fransadakı diplomatik müxbirlərinə verdiyi açıqlama səfirliyin saytında dərc olunub.

Pekin və Moskvanın münasibətlərindəki son hədddən xəbərdar olduqlarını ifadə edən səfir Lu, "Hər iki suveren dövlət olan Çin və Rusiyanın hər sahədə əməkdaşlıq etmək hüququ var. Amma bu əməkdaşlıq sərhədsiz deyil, ona görə də Çin silah tədarük etmir.” , - deyə o qedy edib.

Bildirilib ki, münaqişə danışıqlar yolu ilə həll edilməlidir.