Çinin Xarici İşlər naziri Van İ Latın Amerikası və Karib hövzəsi ölkələrinin təmsilçilərinə ölkəsində koronavirusa qarşı hazırlanan peyvəndin alınması üçün bir milyard dollar kredit ayırmağa hazır olduqlarını çatdırıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Çində artıq peyvənd sınaqlarının ikinci mərhələsi geridə qalıb.

Peyvəndin təhlükəsizliyi sübut edilib və immun cavab yaranıb. Sınaqlarda ümumilikdə 603 nəfər iştirak edib.