Çin və Argentina arasında əməkdaşlığın inkişafı hər iki ölkə üçün faydalı olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bunu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində argentinalı həmkarı Diana Mondino ilə görüşündə Çinin xarici işlər naziri Vanq Yi deyib.

"Çin-Argentina əməkdaşlığının dərinləşdirilməsi hər iki ölkənin maraqlarına uyğundur, bu, iki xalqın ümumi gözləntisidir", - Çin Xarici İşlər Nazirliyinin saytında qeyd edilib. Xatırladılıb ki, Pekin və Buenos Ayres əvvəllər Çinin "Bir kəmər, bir yol" ticarət-iqtisadi təşəbbüsünün birgə həyata keçirilməsinə dair anlaşma memorandumu imzalayıblar: "Çin və Argentinanın inkişaf strategiyalarının uyğunlaşdırılmasının təkmilləşdirilməsi qarşılıqlı faydalı əməkdaşlıq üçün daha geniş perspektivlər açacaq". 

Vanq Yi qeyd edib ki, iki ölkə arasında həll olunmamış tarixi problem və ya real münaqişə yoxdur: "İki ölkə arasında münasibətlər kifayət qədər yetkin və güclüdür”.

Çinli nazir bildirib ki, Pekin Buenos Ayreslə qarşılıqlı etimadı gücləndirmək, əməkdaşlığı dərinləşdirmək və Çin-Argentina münasibətlərini birgə yeni səviyyəyə qaldırmaq üçün işləməyə hazırdır.