Pekin administrasiyası ABŞ-ın 36 Çin şirkətini milli təhlükəsizlik səbəbi ilə ixrac nəzarəti siyahısına daxil etməsinə reaksiya verib.


“Çin şirkət və qurumlarının qanuni hüquq və maraqlarının qorunması üçün lazımi tədbirlər görüləcək”, - deyə Çin Ticarət Nazirliyinin bəyanatında bildirilir.

İqtisadiyyat.az xəbər verir ki, açıqlamada, "Birləşmiş Ştatlar milli təhlükəsizlik anlayışını həddən artıq genişləndirərək ixrac nəzarətindən sui-istifadə edir. Bu, dövlət hakimiyyətini Çin şirkətlərini və qurumlarını sıxışdırmaq, bazar nizamını pozmaq və iqtisadi zorakılıq üçün alətə çevirir." , bəyanatda bildirilib.

Qərarın Çin və ABŞ şirkətləri arasında normal iqtisadi və ticarət əlaqələrinə zərər verdiyinə, bazar qaydalarını və beynəlxalq iqtisadi və kommersiya qaydalarını pozduğuna diqqət çəkən bəyanatda qlobal sənaye və təchizat zəncirlərinin sabitliyini təhdid edən addımın hər iki şirkətə fayda verməyəcəyi vurğulanıb.

Bəyanatda ixrac nəzarətinin ədalətli, ağlabatan və ayrı-seçkiliyə yol vermədən həyata keçirilməsinin elmi və texnoloji nailiyyətlərin inkişaf üçün istifadəsinə mane olmamalı olduğu bildirilib və ABŞ-ı öz səhvlərinə son qoymağa və qanunlara riayət etməyə çağırıb.