"Çilidə şiddətli meşə yanğınları qurbanlarının sayı 46-ya çatıb. Ölkə prezidenti Qabriel Boriç şənbə günü axşam bildirib ki, qurbanların sayının arta biləcəyi ehtimalı var".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Qeyd edilib ki, daxili işlər naziri Karolina Toha ölkə daxilində 43 min hektardan çox ərazini əhatə edən 92 aktiv yanğının olduğunu bildirib. Toha əlavə edib ki, artıq 1100-dən çox evə ziyan dəyib.

Borik xalqa müraciətində insan tələfatını və evlərin dağılmasını etiraf edib və çilililəri əmin edib ki, hökumət resurslarla təmin etmək üçün fəal işləyir.

Qeyd edək ki, meşə yanğınları nəticəsində mərkəzi Çilinin bir neçə bölgəsində evakuasiya elan edilib.