Çilinin Valparaiso bölgəsindəki Vina del Mar şəhərində meşə yanğınlarında alovlar 400 evə yayılıb. Yanğınlarda 2 nəfər həyatını itirib və bölgədə fövqəladə vəziyyət elan edilib.

Güclü külək isə yanğını yaşayış məntəqələrinə qədər çatdırıb.

Çili prezidenti Qabriel Borik yanğınla əlaqədar Valparaiso bölgəsində fövqəladə vəziyyət elan edib:

"Çili hökuməti olaraq bizim prioritetimiz insanların təhlükəsizliyidir. Biz vəziyyəti nəzarət altına almaq üçün bütün lazımi resursları səfərbər etməyə davam edəcəyik".

Qeyd edək ki, hadisə yerinə təxminən 800 yanğınsöndürən və 150 ​​mühafizəçi cəlb olunub.