"Disney Plus"ın (Disney+) "Atatürk" serialını yayımlamamaq qərarına reaksiyalar artır. 

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, bu məsələ ilə bağlı CHP sözçüsü Faiq Öztrak öz fikirlərini bölüşüb. 

O bildirib ki, bu qərarda erməni lobbisinin təşəbbüsləri sezilir:

"Bu işin əsas məsul olan Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı heç bir açıqlama verməməsinə təəccüblənirik. Qərar qüvvədə qalarsa, bu halda vətəndaşlarımızı məlum platformanı boykot etməyə və platformadakı üzvlüklərini dayandırmağa dəvət edəcəyik".

Gülşən Şərif