Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ Prezidenti Cozef Baydenin ev sahibliyi etdiyi NATO-nun 75-ci ildönümü tədbirində iştirak edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

Bildirilib ki,tədbir 1949-cu il aprelin 4-də NATO-nun təsis edildiyi Vaşinqton Müqaviləsinin imzalandığı Endru Mellon konfrans zalında (Andrew Mellon Auditorium) keçirilib.