İyirmidən çox ölkənin turizm sənayesi və media nümayəndələri Azərbaycana gələcək.

İqtisadiyyat.az xəbər verir ki, səfər Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə baş tutacaq.

Belə ki, Türkiyə, Küveyt, Oman, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Avstriya, Almaniya, İsveçrə, Polşa, Çexiya, Macarıstan, Böyük Britaniya, Latviya, Litva, Estoniya, İsveç, Bolqarıstan, Cənubi Afrika ölkələri üzrə turizm sənayesi və media nümayəndələrinin Azərbaycana tanıtım səfərlərinin təşkili nəzərdə tutulub.