2022-ci il fevralın 24-dən Çexiya Respublikasında müvəqqəti müdafiə statusu almış Ukraynadan olan qaçqınlara ümumilikdə 16,33 milyard kron (təxminən 691 milyon ABŞ dolları) məbləğində humanitar yardımlar ayrılıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çexiyanın Əmək və Sosial Məsələlər Nazirliyi öz saytında məlumat yayıb.

Bundan əlavə, hərbi münaqişənin başlanmasından sonra dövlət qaçqınları qəbul edən ailələrə maddi dəstək göstərərək, onlara 2,84 milyard kron (120 milyon dollar) ödəyib. Bu arada, hakimiyyət orqanlarının məlumatına görə, bir çox ukraynalı respublikada iş tapıb. Onlar əvvəllər müavinət kimi əldə etdikləri vəsaiti vergi şəklində dövlət büdcəsinə qaytarırlar. Əmək Nazirliyinin rəhbəri Marian Jurecka bildirib ki, qaçqınlar təkcə ötən il 12 milyarddan 15 milyard kron (təxminən 508 milyon dollar - 635 milyon dollar) alıblar.

Çexiyada Ukraynadan olan 383 047 qaçqın müvəqqəti müdafiə statusu alıb. Onların dörddə üçü qadınlar, qocalar və uşaqlardır. Respublikada 18 yaşınadək 98 min ukraynalı uşaq və yeniyetmə, 18-65 yaş arası 170 min 249 qadın, 15 min 502 qoca var.

Çexiya KİV-lərinin məlumatına görə, Ukraynadan olan qaçqınların ən çoxu Praqadadır (96 707 nəfər).