Sonuncu dəfə İspaniya Liqası komandalarından biri olan "Barselona"da çıxış edən və aktiv futbolçu karyerasını 2023-cü il yanvarın 1-də başa vuran Cerard Pike yenidən futbola qayıdır.

İqtisadiyyat.az xəbər verir ki, sosial media platforması "X" hesabında açıqlama verən sabiq ispan müdafiəçi bunları deyib: “Yeni bir il və diqqətli düşündükdən sonra futbola qayıtmağa qərar verdim".

"Futbol üçün çox darıxıram. Bu dəfə futbolçu kimi qayıtmayacağam. Məşqçi kimi qayıdacağam. Daha ətraflı məlumatı həftənin sonunda paylaşacam” deyə o bildirib.

36 yaşlı sabiq futbolçu karyerasında "Mançester Yunayted", "Real Saraqoza" və "Barselona"da çıxış edib.

İspaniya millisində də çıxış edən Pike 102 matçda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.