Cənubi Koreyadan olan “Danuri” kosmik gəmisi Ayın orbitinə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Elm və İKT nazirinin müavini Oh Tae-seok Avqustun 5-də Yerdən ayrıldıqdan sonra Danuri 145 günlük səyahətdən sonra Aya çatdığını açıqlayıb.

Hazırda Ay ətrafında dövr edən ilk Cənubi Koreya aparatı Yerin peyki ətrafında saniyədə 1,62 kilometr sürətlə fırlanır. Danuri təxminən 100 kilometr uçuş hündürlüyünü qoruyur.