Cənubi Koreyanın “LIG Nex1” müdafiə şirkəti Səudiyyə Ərəbistanına 3,2 milyard dollara “M-SAM II” zenit-raket kompleksləri tədarük edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Koreya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ilə müqavilə noyabrda imzalanıb. Razılaşmanın təfərrüatları müdafiə nazirləri arasında fevralın 4-də Ər-Riyadda keçirilən danışıqlardan sonra dərc edilib. 

Koreyanın müdafiə naziri Səudiyyə Ərəbistanına səfəri zamanı hərbi-sənaye kompleksi və silahların birgə inkişafı sahəsində anlaşma memorandumu imzalayıb.