Cənubi Koreya gələn il ABŞ-la birlikdə səhra təlimlərini artıraraq Şimali Koreyanın nüvə və raket təhdidlərinə qarşı yeni tədbirlər görəcəyini açıqlayıb.

Şimali Koreyanın raket təhdidləri səbəbiylə gərginliyin artdığı bir vaxtda Cənubi Koreyanın Müdafiə Nazirliyi ölkənin siyasət prioritetlərini müzakirə etmək üçün toplantı keçirib.

Nazirlikdən verilən açıqlamada ABŞ və Cənubi Koreyanın 2023-cü ilin ilk yarısında Ssangyong dəniz manevri də daxil olmaqla 20-yə yaxın birgə təlim proqramına başlamağı planlaşdırdığı açıqlanıb.

Bildirilib ki, görüşdə Şimali Koreyanın nüvə və kütləvi qırğın silahları ilə bağlı təhdidləri ilə mübarizə aparmaq üçün Cənubi Koreya Baş Qərargahında yeni bölmənin yaradılması müzakirə edilib .