Bu gün Çempionlar Liqasında yarımfinal oyunlarına start veriləcək.

İqtisadiyyat.az xəbər verir ki, günün yeganə matçında Madrid "Real"ı İngiltrərənin "Mançester Siti" komandasını qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. 

Yarımfinalın digər qarşılaşması isə mayın 10-da reallaşacaq. Həmin gün iki İtaliya klubu üz-üzə gələcək. "Milan" "İnteri" qəbul edəcək. 

Qeyd edək ki, yarımfinalın cavab oyunları 16-17 may tarixlərində oynanılacaq.