Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, İtaliya təmsilçiləri "Milan" və "İnter" "San Siro"da üz-üzə gəlib. "İnter" ilk hissədə vurduğu iki qolla "Milan"ı məğlub edib.

Mayın 9-da keçirilən yarımfinalın digər oyununda "Real" və "Mançester Siti" qarşılaşması 1-1 hesablı heç-heçə ilə yekunlaşıb.

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi, ilk oyun

10 may

23:00 Milan - İnter 0-2

Qol: Edin Dzeko, 8, Henrix Mxitaryan, 11.