Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 3 939,1 milyon ABŞ dolları məbləğində qalıq yaranıb. Halbuki, ötən ilin eyni dövründə CƏB üzrə 208,3 milyon dollarlıq kəsir yaranmışdı.

9 aylıq qalıq xarici ticarət balansındakı 6 406,2 milyon dollarlıq qalıq (illik müqayisədə 2,7 dəfə çox), xidmətlər balansındakı 1 765,2 milyon dollarlıq kəsir (14 % az), ilkin gəlirləri balansındakı 1 065,2 milyon dollarlıq kəsir (33,1% çox) və təkrar gəlirlər balansındakı 363,3 milyon dollarlıq qalıq (20,9 % çox) hesabına formalaşıb.

"Hesabat dövründə CƏB üzrə kəsir ümumi daxili məhsulun (ÜDM) dəyərinin 0,7%-i qədər olub. Son 1 ildə neft-qaz sektoru üzrə CƏB qalığı 2,3 dəfə azalaraq 4 milyard dollara, qeyri-neft-qaz sektoru üzrə CƏB kəsiri isə 19,1% azalaraq 4,2 milyard dollara düşüb", - AMB bəyan edib.