"Daha çox immiqrant almaq Böyük Britaniyada inflyasiyanın azalmasına kömək edə bilər".

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu sözləri Beynəlxalq Valyuta Fondunun (BVF) direktor müavini Gita Gopinath bildirib.

Onun sözlərinə görə, bu addım nəticəsində miqrantlar yerli əmək bazarındakı boşluqları doldura bilərlər. Həmçinin  immiqrantların vergi gəlirlərinə də töhfə verə biləcəyi mümkündür. 

Rəsmi rəqəmlərə görə, ötən il Böyük Britaniyaya köçən miqrantların sayı rekord həddə çataraq 606 min nədər olub.