Çinin bu il üçün iqtisadi artım gözləntisinin yüzdə 5,2, 2024-cü il üçün isə 4,5 faiz olduğu bildirilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı bu ilin statistik göstəricilərində yer alıb. 

İnkişaf etməkdə olan bazarların və inkişaf etməkdə olan ölkələrin artım proqnozlarının da yer aldığı hesabatda Hindistan iqtisadiyyatının artım gözləntisi bu il üçün 5,9 faizdən 6,1 faizə qaldırıldığı halda, gələn il üçün 6,3 faiz səviyyəsində saxlanılıb. 

Rusiya iqtisadiyyatı üçün artım proqnozu isə bu il üçün 0,7 faizdən 1,5 faizə yüksəldilib, gələn il üçün isə dəyişməyərək 1,3 faiz olduğu qeyd edilib.

Hesabatda, inkişaf etməkdə olan bazarlar və inkişaf etməkdə olan ölkə iqtisadiyyatları üçün artım gözləntisinin 2023-cü il üçün 3,9 faizdən 4 faizə yüksəldiyi, 2024-cü il üçün isə 4,2 faizdən 4,1 faizə endiyi bildirilib.