Beynəlxalq Valyuta Fondunun (BVF) Direktorlar Şurası Pakistana təxminən 700 milyon dollarlıq tranşın ayrılmasını təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bəyanat təşkilatın saytında dərc olunub.

Məlumata görə, qurum ötən ilin iyulunda ölkənin iqtisadi sabitləşdirilməsi üzrə dövlət proqramını dəstəkləmək üçün 9 ay müddətinə nəzərdə tutulan 3 milyard dollar məbləğində güzəştli kredit verilməsini təsdiqləyib.

 

Gözəl Həşimova