Bir həftə əvvəl Burkina-Fasonun şimalında üç kəndə edilən hücumlarda 170-ə yaxın adam "edam edilib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bölgənin prokuroru bildirib.

Qeyd edilib ki, Yatenqa vilayətinin Komsilqa, Nodin və Soro kəndlərinə naməlum şəxslər tərəfindən hücumlar olub, araşdırmalara başlanılıb.

Burkina Faso son on ildə qonşu Malidən yayılan, minlərlə insanın ölümünə və iki milyondan çox insanı evlərini tərk etməyə məcbur edən Əl-Qaidə və İŞİD ilə əlaqəli islamçıların zorakılığından əziyyət çəkir.