2022-ci ilin 10 ayında (yanvar-oktyabr) Azərbaycana 330 milyon 9 min ABŞ dolları dəyərində 956 min 274 ton buğda idxal edilib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, buğda idxalı 2022-ci ilin 10 ayında 2021-ci ilin 10 ayı ilə müqayisədə dəyər ifadəsilə 83 milyon 755 min dollar və ya 34%, miqdar ifadəsilə 66 min 41 ton və ya 7,4% artıb.