“Universal Construction Engineering and Supply” QSC təşkilati-hüquqi formasını dəyişir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət özü məlkumat yayıb.

Qeyd edilib ki, şirkət “Universal Construction Engineering and Supply” Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilir.

Xatırladaq ki, tikinti, mühəndislik, konsaltinq və təchizat üzrə fəaliyyət göstərən “Universal Construction Engineering and Supply” 2017-ci ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi İsayev Vüqar Kamil oğludur.