“Səba” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib.

İqtisadiyyat.az xəbər verir ki, ASC-yə qarşı “Cargo.az” MMC Sumqayıt Kommersiya Məhkəməsində iddia qaldırıb.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə (Daşıma müqaviləsi üzrə mübahisələr) bağlıdır.

Məhkəmənin vaxtı müəyyənləşməsə də, karqo şirkətinin iddiası hakim İslam Əliyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, 2011-ci ildə yaradılan “Cargo.az” MMC-nin qanuni təmsilçisi Zeynalova Sevda Mustafa qızıdır. 1997-ci ildə dövlət qeydiyyatına alınan “Səba” ASC-nin qanuni təmsilçisi Mehdiyev Elçin Akif oğludur. “Səba”nın nizamnamə kapitalı isə 4,8 milyon manata yaxındır.