Amerikanın "Google" şirkəti insan səviyyəsində düşünmə qabiliyyətinə malik olan süni intellekt (AI) texnologiyası hazırlayır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd edilib ki, bəzi "Google DeepMind" əməkdaşları korporasiyanın sentyabrda oxşar şəkildə işləyən O1 modelini təqdim edən "OpenAI"dan geri qalmasından narahatdırlar.

Bildirilib ki, "Google" inkişaf qrupları son bir neçə ayda süni intellekt texnologiyalarına əsaslanan mülahizə qurmağa qadir olan yeni proqram təminatının yaradılmasında irəliləyiş əldə ediblər.  Qeyd olunur ki, belə proqramlar riyaziyyat və kompüter proqramlaşdırması sahəsində çoxmərhələli məsələlərin həlli üçün əlverişlidir.

 

Gözəl Həşimova