Əcnəbi vətəndaşlar və Azərbaycan Respublikası ərazisində oturum icazəsi olanların mövcud vəziyyətlə əlaqədar quru yolla sərhəd keçid məntəqələrindən keçidi mümkün olmadığından, onların Bakı-Naxçıvan reysi ilə Naxçıvana getmələri də mümkün deyil.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtovağzal Kompleksinin Facebook səhifəsində bildirilib.

Qeyd edilib ki, bu səbəbdən həmin şəxslər onlayn bilet aldıqda, bilet qaydalara uyğun olaraq geri qaytarılacaq.