Somalinin paytaxtı Moqadişoda təhlükəsizlik baxımından maska ​​və papaqdan istifadə qadağan edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Moqadişo Bələdiyyəsinin sözçüsü Salah Dhere mətbuata açıqlama verib.

Onun sözlərinə görə, cinayət törədənlər şəxsiyyətini gizlətdikləri üçün maska ​​və papaqlardan istifadə qadağan edilib.

Bildiilib ki, ictimai nəqliyyatda silah gəzdirmək də qadağan olunub.

 

Gözəl Həşimova