Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti özünün elan etdiyi kotirovka sorğusunun nəticəsini ləğv edib.

İqtisadiyyat.az bu barədə nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, xidmət tərəfindən 2023-cü ilin aprelin 10-da elan olunmuş “Avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin, sürtkü və digər materialların və cari təmir işlərinin satın alınması” ilə bağlı 15 min 055,03 manat dəyərində kotirovka sorğusu iştirakçılar arasında yaxın qohumluq əlaqəsinin müəyyən edilməsi səbəbindən ləğv olunub.

Dövlət Maliyyə Nəzarəti Xidmətinin tender komissiyası "Dövlət Satınalmaları haqqında" Qanunun 11.2-ci maddəsini əsas götürməklə kotirovka sorğusunun ləğv edilməsi barədə müvafiq qaydada protokol tərtib edərək həmin protokolu aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərib və kotirovka sorğusunun ləğvi barədə protokolda göstərilən qərar təsdiqlənib.