"Əfqanıstanı zəlzələlərdən sonra bərpa etmək üçün 93,6 milyon dollardan çox vəsait lazımdır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı humanitar koordinatoru vəzifəsini icra edən Daniel Endres bildirib.

Onun sözlərinə görə, bu ay ərzində Əfqanıstanda baş verən zəlzələlər nəticəsində 1500 nəfər ölüb, 2000-ə yaxın insan yaralanıb. Zəlzələdən 43 mindən çox insan zərər çəkib, 3330-dan çox ev dağılıb.

Xatırladaq ki, oktyabrın 7-də Əfqanıstanın qərbində 6,3 bal gücündə iki zəlzələ baş verib.

 

Gözəl Həşimova