Fevralın 6-da Filippinin cənubunda baş verən sürüşmə nəticəsində həyatını itirənlərin sayı 92-yə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki bu barədə regional hökumətin "Facebook" hesabında qeyd olunub.

Məlumata görə, 36 nəfər itkin düşüb. Bu, bölgədə son 10 ilin ən ciddi sürüşməsi olub.

Sürüşmə səbəbilə bəzi yaşayış məntəqələrini əhatə edən torpaq və dağıntıların hündürlüyü 50 metrə çatıb.

 

Gözəl Həşimova