Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi və bunun qlobal iqtisadiyyat üçün nəticələri ilə bağlı narahatlıqlar fonunda Yaponiyada qızılın qiyməti rekord səviyyəyə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Osaka" əmtəə birjası məlumat yayıb.

Məlumata görə, ölkədə ticarət zamanı qızılın fyuçerslərinin dəyəri qramı üçün 9 262 yenə (62 dollar) çatıb.

Eyni zamanda, Yaponiyanın ən böyük qiymətli metal istehsalçılarından və pərakəndə satıcılarından biri olan "Tanaka Kikinzoku" qızılın 1 qramının pərakəndə satış qiymətini 10 105 yen (68,5 dollar) səviyyəsində müəyyən edib.

 

Gözəl Həşimova